images

Göstərilir: 1 . 6 -ə 6 -dən

Sırala :

6. Riyaziyyat vəsait+çalışma

7.0 ₼

Riyaziyyat vəsait – 6-cı sinif “Güvən nəşriyyatı” tərəfindən sizə təqdim olunan bu kitab 6-cı sinif şagird- lərinin dərsdə öyrəndikləri bilik və bacarıqları təkmilləşdirmək üçün ən yaxşı vəsaitlərdən biridir. Vəsaitdə V və VI sinif dərsliklərindəki mövzular qısa və aydın şəkildə izah olunmuş, izahlı tapşırıq nümunələri, mövzularla bağlı test nümunələri və mövzu sınaqları verilmişdir. Kitab orta məktəb dərslikləri əsasında tərtib olunmuşdur. Kitabda 1370 tapşırıq nümunəsi verilmişdir.

İngilis dili - 6 - çalışma

11.0 ₼

İngilis dili vəsait – 6-cı sinif Əziz və dəyərli şagirdlər! Bu kitab ümumtəhsil məktəblərində istifadə ediliən 6-cı sinif İngilis dili dərsliyi əsasında hazırlanmışdır. İngilis dilinə olan marağı və tələbatı nəzərə alaraq daha da təkmilləşdirdiyimiz bu dərslik şagirdlərin yorulmadan əyləncəli şəkildə əcnəbi dil öyrənməsini təmin edəcəkdir. Bu kitabda 6-cı sinif orta məktəb dərsliyinin mövzularına tam uyğun olaraq yazılmış tapşırıqlar şagirdlərin daha geniş məlumat almasına və mövzuları daha yaxşı anlamasına kömək edəcəkdir. Əminik ki, praktiki əhəmiyyət kəsb edən bu vəsait ingilis dilində elementar biliklər əldə etmələri üçün şagirdlərə böyük köməklik göstərəcəkdir. Bütün şagirdlərimizə elm yolunda atdığı addımlarda uğurlar arzulayırıq! http://guvennesriyyati.az/az/multimedia/audiomateriallar/audiomaterial?audioID=18

Azərbaycan dili - 6 sinif

6.0 ₼

Azərbaycan dili vəsait – 6-cı sinif Təhsilin təməli orta məktəblərdə qoyulur. Orta məktəbdə yaxşı təhsil almamış birinin həyatda müvəffəqiyyət qazanması mümkün deyil. Hədəfə çatmaq sadəcə çalışmaqla olmur. Çalışmaq üçün ləvazimatların düzgün seçilməsi də çox önəmlidir. Bunu düşünərək “Güvən” nəşriyyatı bu vəsaiti hazırlamışdır. “Güvən” nəşriyyatının əsas məqsədi şagirdlərin orta məktəb dərslərinə yardımçı olmaq, bu dərslərdə öyrəndikləri bilik və bacarıqlarını möhkəmlətməkdir. Əlinizdəki kitab həm dərsdə, həm də evdə dərs çalışarkən sizin üçün əla vəsaitdir. Bu vəsaitdə orta məktəb dərsliyində verilmiş “dil qaydaları” geniş təfsilatı ilə aydın şəkildə izah olunmuş, hər qaydaya uyğun 5 çalışma verilmişdir. Orta məktəb dərsliyinin bölmələrinə uyğun KSQ materialları da yer almışdır. Bu da sizin həmin mövzunu və ya bölməni daha yaxşı şəkildə qavramanızı asanlaşdıracaqdır. Vəsait orta məktəb dərsliyi kimi anlaşıqlı, fərdi hazırlıq üçün isə çox pratik kitabdır. İnanırıq ki, əlinizdəki vəsait həm müəllimlər, həm də 6-cı sinif şagirdləri üçün faydalı olacaqdır.