Bütün məhsullar
Ana səhifəBütün məhsullar
Ana səhifəBütün məhsullar
Göstərilir: 1 . 6 -ə 6 -dən
5-6-cı sinif Azərbaycan dili toplu çalışma
9.0 ₼
Azərbaycan dili toplu – 5-6-cı sinif Hər bir sinfin – mərhələnin şagirdə qazandırdığı müəyyən bilik və bacarıqlar vardır. Əgər aşağı siniflərdən şagird hər hansı mövzunu yaxşı mənimsəyərsə, bu, növbəti mərhələdə də ona kömək olar, yeni-yeni biliklərə yiyələnməsini asanlaşdırar. Çünki hər hansı mövzu bu və ya digər dərəcədə əvvəlki ilə müəyyən bağlılıq təşkil edir. Buna görə də şagirdlər hər sinfin onlara verdiyi bilik və bacarıqları mənimsəməli, əldə etdikləri məlumatları təkcə yadda saxlamaqla kifayətlənməməli, onları tətbiq etməyi bacarmalıdırlar. Bütün bunlar nəzərə alınaraq, V və VI siniflərin şagirdləri üçün orta məktəbin tədris proqramına və fənn kurikulumuna uyğun olaraq Azərbaycan dilindən tapşırıqlar toplusu hazırlandı. Burada yer alan açıq tipli tapşırıqlar şagirdlərin öyrəndiklərini möhkəmlətməsinə və bacarıqlarını nümayiş etdirməsinə kömək edəcək. Eyni zamanda qapalı tipli test tapşırıqları bilik və bacarıqlarını yoxlamağa imkan verəcək. Əziz şagirdlər, bu toplunun sizlərə faydalı olacağı ümidi ilə hər birinizə uğurlar arzulayırıq.
İngilis dili - 5 - çalışma
10.0 ₼
İngilis dili vəsait – 5-ci sinif Əziz və dəyərli şagirdlər! Bu kitab ümumtəhsil məktəblərində istifadə ediliən 5-ci sinif İngilis dili dərsliyi əsasında hazırlanmışdır. İngilis dilinə olan marağı və tələbatı nəzərə alaraq daha da təkmilləşdirdiyimiz bu dərslik şagirdlərin yorulmadan əyləncəli şəkildə əcnəbi dil öyrənməsini təmin edəcəkdir. Bu kitabda 5-ci sinif orta məktəb dərsliyinin mövzularına tam uyğun olaraq yazılmış tapşırıqlar şagirdlərin daha geniş məlumat almasına və mövzuları daha yaxşı anlamasına kömək edəcəkdir. Əminik ki, praktiki əhəmiyyət kəsb edən bu vəsait ingilis dilində elementar biliklər əldə etmələri üçün şagirdlərə böyük köməklik göstərəcəkdir. Bütün şagirdlərimizə elm yolunda atdığı addımlarda uğurlar arzulayırıq! http://guvennesriyyati.az/az/multimedia/audiomateriallar/audiomaterial?audioID=17
5-ci sinif Azərbaycan dili - vəsait+çalışma
10.0 ₼
Azərbaycan dili vəsait – 5-ci sinif Təhsilin təməli orta məktəblərdə qoyulur. Orta məktəbdə yaxşı təhsil almamış birinin həyatda müvəffəqiyyət qazanması mümkün deyil. Hədəfə çatmaq sadəcə çalışmaqla olmur. Çalışmaq üçün ləvazimatların düzgün seçilməsi də çox önəmlidir. Bunu düşünərək “Güvən” nəşriyyatı bu vəsaiti hazırlamışdır. “Güvən” nəşriyyatının əsas məqsədi şagirdlərin orta məktəb dərslərinə yardımçı olmaq, bu dərslərdə öyrəndikləri bilik və bacarıqlarını möhkəmlətməkdir. Əlinizdəki kitab həm dərsdə, həm də evdə dərs çalışarkən sizin üçün əla vəsaitdir. Bu vəsaitdə orta məktəb dərsliyində verilmiş “dil qaydaları” geniş təfsilatı ilə aydın şəkildə izah olunmuş, hər qaydaya uyğun 5 çalışma verilmişdir. Orta məktəb dərsliyinin bölmələrinə uyğun KSQ materialları da yer almışdır. Bu da sizin həmin mövzunu və ya bölməni daha yaxşı şəkildə qavramanızı asanlaşdıracaqdır. Vəsait orta məktəb dərsliyi kimi anlaşıqlı, fərdi hazırlıq üçün isə çox pratik kitabdır. İnanırıq ki, əlinizdəki vəsait həm müəllimlər, həm də 5-ci sinif şagirdləri üçün faydalı olacaqdır.