Bütün məhsullar
Ana səhifəBütün məhsullar
Ana səhifəBütün məhsullar
Göstərilir: 1 . 12 -ə 25 -dən
8-ci sinif Azərbaycan dili vəsait+çalışma
7.0 ₼
Azərbaycan dili vəsait – 5-8-ci sinif Təhsilin təməli orta məktəblərdə qoyulur. Orta məktəbdə yaxşı təhsil almamış birinin həyatda müvəffəqiyyət qazanması mümkün deyil. Hədəfə çatmaq sadəcə çalışmaqla olmur. Çalışmaq üçün ləvazimatların düzgün seçilməsi də çox önəmlidir. Bunu düşünərək “Güvən” nəşriyyatı bu vəsaiti hazırlamışdır. “Güvən” nəşriyyatının əsas məqsədi şagirdlərin orta məktəb dərslərinə yardımçı olmaq, bu dərslərdə öyrəndikləri bilik və bacarıqlarını möhkəmlətməkdir. Əlinizdəki kitab həm dərsdə, həm də evdə dərs çalışarkən sizin üçün əla vəsaitdir. Bu vəsaitdə orta məktəb dərsliyində verilmiş “dil qaydaları” geniş təfsilatı ilə aydın şəkildə izah olunmuş, hər mövzuya uyğun testlər verilmişdir. Bu da sizin həmin mövzunu və ya bölməni daha yaxşı şəkildə qavramanızı asanlaşdıracaqdır. Vəsait orta məktəb dərsliyi kimi anlaşıqlı, fərdi hazırlıq üçün isə çox pratik kitabdır. İnanırıq ki, əlinizdəki vəsait həm müəllimlər, həm də 8-ci sinif şagirdləri üçün faydalı olacaqdır.
5-6-cı sinif Azərbaycan dili toplu çalışma
9.0 ₼
Azərbaycan dili toplu – 5-6-cı sinif Hər bir sinfin – mərhələnin şagirdə qazandırdığı müəyyən bilik və bacarıqlar vardır. Əgər aşağı siniflərdən şagird hər hansı mövzunu yaxşı mənimsəyərsə, bu, növbəti mərhələdə də ona kömək olar, yeni-yeni biliklərə yiyələnməsini asanlaşdırar. Çünki hər hansı mövzu bu və ya digər dərəcədə əvvəlki ilə müəyyən bağlılıq təşkil edir. Buna görə də şagirdlər hər sinfin onlara verdiyi bilik və bacarıqları mənimsəməli, əldə etdikləri məlumatları təkcə yadda saxlamaqla kifayətlənməməli, onları tətbiq etməyi bacarmalıdırlar. Bütün bunlar nəzərə alınaraq, V və VI siniflərin şagirdləri üçün orta məktəbin tədris proqramına və fənn kurikulumuna uyğun olaraq Azərbaycan dilindən tapşırıqlar toplusu hazırlandı. Burada yer alan açıq tipli tapşırıqlar şagirdlərin öyrəndiklərini möhkəmlətməsinə və bacarıqlarını nümayiş etdirməsinə kömək edəcək. Eyni zamanda qapalı tipli test tapşırıqları bilik və bacarıqlarını yoxlamağa imkan verəcək. Əziz şagirdlər, bu toplunun sizlərə faydalı olacağı ümidi ilə hər birinizə uğurlar arzulayırıq.