images

Göstərilir: 1 . 12 -ə 20 -dən

Sırala :

İngilis dili TT

9.5 ₼

Audio faylları Güvən Nəşriyyatının internet səhifəsindən və ya aşağıdakı linkdən əldə edə bilərsiniz. https://www.guvennesriyyati.az/az/multimedia/audiomateriallar/audiomaterial?audioID=73

Biologiya TT 2-ci Hissə

9.0 ₼

Biologiya tapşırıqlar toplusu II hissə Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq prosesində daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb dərslikləri ilə yanaşı, digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait də bu sahədə Sizlər üçün faydalı olacaq, qazandığınız bilik, bacarıq və qabiliyyətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Vəsaitimiz iki bölmədən ibarətdir. I bölmə orta məktəbin 9, 10 və 11-ci siniflərində tədris olunan mövzuları əhatə edir. Bu mövzular “Ali sinir fəaliyyəti”, “Hüceyrənin biokimyası”, “Sitologiya”, “Çoxalma.Ontogenez”, “Epidemiologiya”, “Genetika”, “Seleksiya.Biotexnologiya.Mikrobiologiya”, “Təkamül təlimi”, “Makrotəkamül.Yer üzərində həyatın yaranması”, “Antropogenez” və “Ekologiya. Biosfer” bölmələrinə aiddir. Hər bölmədə mövzular üzrə yeni təhsil proqramı – kurikuluma əsaslanan qiymətləndirmə tapşırıqları, qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqları dərc edilmişdir. Vəsaitin II bölməsi yeni imtahan modelinə uyğun 10 sınaq imtahanından ibarətdir. Bu imtahanların hər birində 30 tapşırıq vardır. Tapşırıqlardan 22-si qapalı (çoxseçimli), 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 5-i hesablama, seçim, ardıcıllıq, uyğunluğu müəyyən etmə, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya tipli tapşırıqlardır. Vəsaitin sonunda test tapşırıqları və sınaq imtahanlarının düzgün cavabları verilmişdir. İnanırıq ki, vəsaitimiz həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır. Müvəffəqiyyətlərinizin davamlı olması arzusu ilə!

Riyaziyyat Buraxılış - 9

11.0 ₼

Riyaziyyat buraxılış 9-cu sinif Buraxılış imtahanına hazırlaşan 9-cu sinif şagirdlərini nəzərə alaraq riyaziyyat fənnindən hazırladığımız vəsaiti Sizə təqdim edirik. Vəsaitdə V–IX sinifləri əhatə edən mövzuların izahları, bu mövzulara uyğun 1440 test tapşırığı, buraxılış imtahanının I mərhələsinə uyğun 22 sınaq və II mərhələsinə uyğun 15 sınaq verilmişdir. Ümumilikdə vəsaitimizdə cəmi 2110 tapşırıq vardır. Bundan başqa, jurnalda qurma məsələrinin qurulması alqoritmləri də öz əksini tapmışdır. Vəsaitin sonunda tapşırıqların düzgün cavabları verilmişdir. İnanırıq ki, vəsaitimiz Sizlər üçün faydalı olacaqdır.

Ümumi tarix - TT

12.0 ₼

Ümumi tarix tapşırıqlar toplusu. Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövrlərində daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim hazırladığımız tapşırıqlar toplusu da bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Toplumuz 5 bölmədən ibarətdir. İlk 4 bölmə müvafiq mövzu başlıqları altında test tapşırıqlarından, 5-ci bölmə mənbə sualları və sınaq imtahanlarından ibarətdir. Test tapşırıqları və suallar 6-11-ci sinif orta məktəb dərsliklərindəki mövzular əsas götürülərək hazırlanmışdır. İnanırıq ki, tapşırıqlar toplumuz həm müəllimlər, həm abituriyentlər, həm də aşağı sinif şagirdləri üçün faydalı olacaqdır.

Riyaziyyat Sınaq Toplusu

8.0 ₼

Riyaziyyat sınaqlar toplusu 11-ci sinif şagirdlərinin riyaziyyat fənni üzrə buraxılış imtahanına hazırlaşması üçün tərtib etdiyimiz sınaqlar toplusunu sizlərə təqdim edirik. Toplu hər birində 25 tapşırıq olan 60 sınaqdan ibarətdir. 60 sınaqdan 30-u mövzu sınağı, 30-u isə ümumi sınaqdır. Ümumilikdə, toplumuzda 1500 tapşırıq vardır. Toplumuzun sonunda tapşırıqların düzgün cavabları verilmişdir.

Riyaziyyat Buraxılış - 11

14.0 ₼

Riyaziyyat buraxılış 11-ci sinif Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb dərslikləri ilə yanaşı, digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait də bu sahədə Sizlər üçün faydalı olacaq, qazandığınız bilik, bacarıq və qabiliyyətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Vəsaitimizdə yeni təhsil proqramına uyğun mövzuları əhatə edən mövzu izahlarına, izahlı test tapşırıqlarına, hər mövzunun sonunda həmin mövzuya uyğun test tapşırıqlarına və yeni tipli tapşırıqlara yer verilmişdir. İnanırıq ki, vəsait buraxılış imtahanına hazırlaşan şagirdlər üçün faydalı olacaqdır. Müvəffəqiyyətlərinizin davamlı olması arzusu ilə!

Kimya TT

14.0 ₼

Kimya tapşırıqlar toplusu Əziz abituriyentlər! Həyatınızın ən vacib dönüş nöqtələrindən biri də ali məktəblərə qəbul imtahanıdır. Bu imtahan nəticəsində qəbul olacağınız universitet və qazanacağınız ixtisas sonralar həyat tərzinizi müəyyənləşdirəcək. Belə bir vacib imtahana hazırlaşarkən istifadə olunan vəsaitlər düzgün secilməlidir. Sizə təqdim olunan Güvən nəşriyyatının Kimya Test Bankı ümumtəhsil məktəblərinin Kimya fənni üzrə tədris proqramları əsasında hazırlanmışdır. Test tapşırıqları ümumi, qeyri-üzvi və üzvi kimyanın bütün bölmələrini əhatə edir. Test tapşırıqları müxtəlif kateqoriyalarda (terminoloji, faktoloji, ümumiləşdirmə, izahat, hesablama, öncəgörmə, təklif olunan fəaliyyət), bəzilərinin tərtibində cədvəl, qrafik və sxemlərdən istifadə edilərək tərtib olunmuşdur. I və IV qruplar üçün nəzərdə tutulmuş Kimya Test Bankında 30 başlıq altında 2500 çoxvariantlı, 223 açıq tipli, 366 sxem, cədvəl və qrafik tipli test tapşırıqları və 4 yeni tipli tapşırıqlar (situasiya sualları), həmçinin 4-ü mövzular üzrə, 3-ü ümumi olmaqla 7 sınaq imtahanı toplanmışdır. Bütün abituriyentlərə uğurlar diləyirik!

İngilis dili Buraxılış - 9

11.0 ₼

http://guvennesriyyati.az/az/multimedia/audiomateriallar/audiomaterial?audioID=16

Fizika TT

11.0 ₼