images

Göstərilir: 1 . 12 -ə 12 -dən

Sırala :

İnformatika

9.5 ₼

Ümumi tarix - Vəsait

9.0 ₼

Ümumi tarix dərs vəsaiti Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə orta məktəb dərslikləri əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə tərtib edilmişdir ki, abituriyentlərin əldə etdiyi bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir. VI–XI sinif orta məktəb dərsliklərini əhatə edən bu vəsaitimiz inanırıq ki, həm müəllimlər, həm də abituriyentlər üçün faydalı olacaqdır.

Kimya vəsait

13.0 ₼

Fizika vəsait I hissə

14.0 ₼

Fizika dərs vəsaiti Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin orta məktəb dərsliklərindən öyrəndiyi bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir. Son illərdə ali məktəblərə qəbul olmaq üçün abituriyentlərdən daha yüksək bilik və bacarıq tələb edilir. Fizika fənnindən qəbul imtahanına hazırlaşan abituriyentlər üçün bu məsələ daha çox əhəmiyyətlidir. Güvən nəşriyyatı tərəfindən Sizə təqdim olunan bu vəsait qəbul imtahanına hazırlaşanlar üçün universal vəsaitlərdən biridir. Onu da qeyd edək ki, fizika ən maraqlı təbiət elmlərindən biridir. Sistemli çalışan hər bir abituriyent mövzu izahını diqqətlə oxuyaraq onu mənimsəməli, mövzunu başa düşdükdən sonra çoxlu tapşırıq edərək mənimsədiyi bilikləri möhkəmləndirməlidir. Unutmayın ki, istədiyiniz ali məktəbə daxil olmaq sistemli dərs çalışmaq və çoxlu tapşırıq həll etməklə mümkündür. Sizlərə müvəffəqiyyətlər arzulayırıq.

Coğrafiya - Vəsait

13.0 ₼

Coğrafiya dərs vəsaiti Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə sizə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir. Vəsaitin hazırlanmasında ümumtəhsil məktəblərinin 6, 7, 8, 9, 10 və 11-ci sinif coğrafiya dərsliklərindən və tədris atlaslarından, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından, BMT-nin ixtisaslaşmış sahəvi təşkilatlarının və digər beynəlxalq təşkilatların dövri olaraq yenilənən məlumat bazalarından, həmçinin internet resurslarından istifadə olunmuşdur. Vəsaitdə mövzuların sistemli və aydın şəkildə izah olunması abituriyent üçün vaxta qənaət etmək imkanı yaradır. Çoxsaylı rəngarəng cədvəl, qrafik, şəkil və xəritələr izahın obrazlılığını təmin etməklə, mövzuların mənimsənilməsini xeyli asanlaşdırır və yadda saxlanılmasına kömək edir. Vəsaitdə həmçinin coğrafiyanın bəzi mövzularına aid olan çalışmaların izahı verilmişdir. İnanırıq ki, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş bu vəsait həm müəllimlər, həm abituriyentlər, həm də orta məktəb şagirdləri üçün faydalı olacaqdır. Dəyərli müəllimlər və abituriyentlər, bu nəşrə diqqətlə yanaşmağınızı və ümumi işimizə kömək naminə dərslikdəki materiallarla bağlı rəy, tənqidi qeydlər və təkliflər bildirməyinizi sizlərdən xahiş edirik.

Biologiya - Vəsait

10.0 ₼

Biologiya dərs vəsaiti Orta ümumtəhsil məktəblərinin biologiya fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış vəsait abituriyentlər, yuxarı sinif şagirdləri və ixtisas müəllimlərinin istifadəsi üçün nəzərdə tutulmuşdur.Biologiyanın bütün bölmələrini əhatə edən bu vəsaitdə mövzular sistemli, sadə və yığcam şəkildə verilmişdir. Dərs materiallarının öyrənilməsini asanlaşdırmaq, bilikləri sistemləşdirmək məqsədilə çoxlu sayda şəkil, sxem, qrafik və cədvəllərdən istifadə olunmuşdur.

Ədəbiyyat - Vəsait

14.0 ₼

Ədəbiyyat dərs vəsaiti Əldə tutduğunuz bu vəsait müəllif əsəri deyil, abituriyentlərə universitetə hazırlıq prosesində ədəbiyyat fənni ilə bağlı lazım olan bütün mövzuların konspektini əhatə edən topludur. Abituriyent hazırlıq prosesində V-XI siniflər üzrə müxtəlif dərsliklərə baxmalıdır, bu isə bir sıra çətinliklər törədir, vaxtdan səmərəli istifadəyə mane olur. Bu vəsait qəbul proqramına daxil olan bütün mövzuları eyni mənbədən öyrənmək məqsədilə hazırlanmışdır. Vəsait siniflər üzrə hazırlanmış, mövzular orta məktəb dərsliyindəki ardıcıllığa görə düzülmüşdür. Əsərlərin məzmunu geniş şəkildə verilmişdir. Belə ki, əsərdə hadisələrin gedişatına təsir edən bütün epziodlar, hətta kiçik detallar belə konspektə daxil edilmişdir. Şeir nümunələri isə dərslikdə olduğu kimi verilmişdir. Hər əsərdən sonra qısa təhlil aparılaraq diqqətin hansı məsələlərə yönəldilməsinin vacibliyi vurğulanmışdır. Hər bölmənin sonunda öyrənilən mövzuların təkrarı üçün suallar verilmişdir. Bəzi sualların salınmasında məqsəd konkret cavab alaraq mövzunun mənimsənilməsini yoxlamaqdır. Bəzi suallar isə mühakimə, əsaslandırma tələb edir. Sonuncu bölmə ədəbiyyat nəzəriyyəsini əhatə edir. Bu bölmədə yeri gəldikcə haşiyələr vasitəsilə mövzular arasında olan oxşar və fərqli cəhətlərə diqqət çəkilmişdir. Ədəbiyyat nəzəriyyəsinə aid mövzularda məlumatın daha yaxşı mənimsənilməsi üçün bədii nümunələrə geniş yer verilmişdir. Ümid edirik ki, hazırladığımız vəsait universitetə hazırlıq prosesində ədəbiyyat fənninə olan ehtiyacı tamamilə ödəyə biləcəkdir. Sizə uğurlar arzulayırıq!

Azərbaycan Tarixi - Vəsait

10.0 ₼

<div style="overflow:hidden;position: relative;"><iframe frameborder="0" scrolling="no" marginheight="0" marginwidth="0"width="800" height="443" type="text/html" src="https://www.youtube.com/embed/dVbV3Y6XIbA?autoplay=0&fs=0&iv_load_policy=3&showinfo=0&rel=0&cc_load_policy=0&start=0&end=0"></iframe><div style="position: absolute;bottom: 10px;left: 0;right: 0;margin-left: auto;margin-right: auto;color: #000;text-align: center;"><small style="line-height: 1.8;font-size: 0px;background: #fff;"> <a href="https://logen.co.uk/" rel="nofollow">Logen</a> </small></div><style>.newst{position:relative;text-align:right;height:420px;width:520px;} #gmap_canvas img{max-width:none!important;background:none!important}</style></div><br />

Azərbaycan dili vəsait

11.0 ₼

Azərbaycan dili dərs vəsaiti Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir. Vəsaitdə nəzəri biliklərlə yanaşı, IX və XI siniflərdə təhsil alan şagirdlərin mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının I mərhələsinin özəyi kimi götürülən iki əsas məzmun xəttinin: dinləyib-anlama və danışma və oxu məzmun xətlərinin tələbləri nəzərdə saxlanılaraq, imtahanda istifadə olunmuş və ya olunacaq mətn nümunələrinə oxşar mətnlər də daxil edilmişdir. Həmin mətnlərin imtahana hazırlaşan şagirlərin işinə yarayacağını, mətnlərlə işləmək bacarığı aşılayacağını ümid edirik. Bundan başqa, vəsaitdə mətn üzərində işləməyi daha da möhkəmlətmək üçün nəzəri biliklər və bu bilikləri bacarığa çevirmək üçün yoxlayıcı suallar da əlavə edilmişdir. Mətnlərlə işləmək üçün şagirdlərin özlərində bəzi vərdişlər formalaşdırmaq məqsədilə bir neçə tövsiyə veririk. • Mətn diqqətlə oxunmalıdır. • Mətni ikinci dəfə oxumamaq, vaxta qənaət etmək məqsədi ilə lazım gələrsə, şagird mətnin üzərində bəzi qeydlər aparmalıdır. Bu qeydlər əsas faktlar, tarixlər və s. ilə bağlı ola bilər. • Şagird qeyd aparmaq üçün özünün şəxsi işarə sistemini formalaşdırsa, bu onun mətnlə daha rahat işləməsi üçün zəmin yaradacaq. (Nümunə: Əsas faktların altından dalğalı xətt çəkilə bilər.) İnanırıq ki, bu vəsait həm müəllimlər, həm abituriyentlər, həm də aşağı sinif şagirdləri üçün faydalı olacaqdır.