Bütün məhsullar
Ana səhifəBütün məhsullar
Ana səhifəBütün məhsullar
Göstərilir: 1 . 12 -ə 35 -dən
İngilis dili TT
9.5 ₼
Audio faylları Güvən Nəşriyyatının internet səhifəsindən və ya aşağıdakı linkdən əldə edə bilərsiniz. https://www.guvennesriyyati.az/az/multimedia/audiomateriallar/audiomaterial?audioID=73
Biologiya TT 2-ci Hissə
9.0 ₼
Biologiya tapşırıqlar toplusu II hissə Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq prosesində daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb dərslikləri ilə yanaşı, digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait də bu sahədə Sizlər üçün faydalı olacaq, qazandığınız bilik, bacarıq və qabiliyyətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Vəsaitimiz iki bölmədən ibarətdir. I bölmə orta məktəbin 9, 10 və 11-ci siniflərində tədris olunan mövzuları əhatə edir. Bu mövzular “Ali sinir fəaliyyəti”, “Hüceyrənin biokimyası”, “Sitologiya”, “Çoxalma.Ontogenez”, “Epidemiologiya”, “Genetika”, “Seleksiya.Biotexnologiya.Mikrobiologiya”, “Təkamül təlimi”, “Makrotəkamül.Yer üzərində həyatın yaranması”, “Antropogenez” və “Ekologiya. Biosfer” bölmələrinə aiddir. Hər bölmədə mövzular üzrə yeni təhsil proqramı – kurikuluma əsaslanan qiymətləndirmə tapşırıqları, qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqları dərc edilmişdir. Vəsaitin II bölməsi yeni imtahan modelinə uyğun 10 sınaq imtahanından ibarətdir. Bu imtahanların hər birində 30 tapşırıq vardır. Tapşırıqlardan 22-si qapalı (çoxseçimli), 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 5-i hesablama, seçim, ardıcıllıq, uyğunluğu müəyyən etmə, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya tipli tapşırıqlardır. Vəsaitin sonunda test tapşırıqları və sınaq imtahanlarının düzgün cavabları verilmişdir. İnanırıq ki, vəsaitimiz həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır. Müvəffəqiyyətlərinizin davamlı olması arzusu ilə!
Riyaziyyat Buraxılış - 9
11.0 ₼
Riyaziyyat buraxılış 9-cu sinif Buraxılış imtahanına hazırlaşan 9-cu sinif şagirdlərini nəzərə alaraq riyaziyyat fənnindən hazırladığımız vəsaiti Sizə təqdim edirik. Vəsaitdə V–IX sinifləri əhatə edən mövzuların izahları, bu mövzulara uyğun 1440 test tapşırığı, buraxılış imtahanının I mərhələsinə uyğun 22 sınaq və II mərhələsinə uyğun 15 sınaq verilmişdir. Ümumilikdə vəsaitimizdə cəmi 2110 tapşırıq vardır. Bundan başqa, jurnalda qurma məsələrinin qurulması alqoritmləri də öz əksini tapmışdır. Vəsaitin sonunda tapşırıqların düzgün cavabları verilmişdir. İnanırıq ki, vəsaitimiz Sizlər üçün faydalı olacaqdır.