Biologiya TT 2-ci Hissə

9.0 ₼

MİQDAR

 

9.0 ₼

Biologiya tapşırıqlar toplusu II hissə Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq prosesində daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb dərslikləri ilə yanaşı, digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait də bu sahədə Sizlər üçün faydalı olacaq, qazandığınız bilik, bacarıq və qabiliyyətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Vəsaitimiz iki bölmədən ibarətdir. I bölmə orta məktəbin 9, 10 və 11-ci siniflərində tədris olunan mövzuları əhatə edir. Bu mövzular “Ali sinir fəaliyyəti”, “Hüceyrənin biokimyası”, “Sitologiya”, “Çoxalma.Ontogenez”, “Epidemiologiya”, “Genetika”, “Seleksiya.Biotexnologiya.Mikrobiologiya”, “Təkamül təlimi”, “Makrotəkamül.Yer üzərində həyatın yaranması”, “Antropogenez” və “Ekologiya. Biosfer” bölmələrinə aiddir. Hər bölmədə mövzular üzrə yeni təhsil proqramı – kurikuluma əsaslanan qiymətləndirmə tapşırıqları, qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqları dərc edilmişdir. Vəsaitin II bölməsi yeni imtahan modelinə uyğun 10 sınaq imtahanından ibarətdir. Bu imtahanların hər birində 30 tapşırıq vardır. Tapşırıqlardan 22-si qapalı (çoxseçimli), 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 5-i hesablama, seçim, ardıcıllıq, uyğunluğu müəyyən etmə, 3-ü isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya tipli tapşırıqlardır. Vəsaitin sonunda test tapşırıqları və sınaq imtahanlarının düzgün cavabları verilmişdir. İnanırıq ki, vəsaitimiz həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır. Müvəffəqiyyətlərinizin davamlı olması arzusu ilə!

Oxşar məhsullar