Ümumi tarix tapşırıqlar toplusu.
Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq
dövrlərində daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas
şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının
tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq
üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim hazırladığımız
tapşırıqlar toplusu da bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə
xidmət edəcəkdir.
Toplumuz 5 bölmədən ibarətdir. İlk 4 bölmə müvafiq mövzu başlıqları altında
test tapşırıqlarından, 5-ci bölmə mənbə sualları və sınaq imtahanlarından ibarətdir.
Test tapşırıqları və suallar 6-11-ci sinif orta məktəb dərsliklərindəki mövzular
əsas götürülərək hazırlanmışdır.
İnanırıq ki, tapşırıqlar toplumuz həm müəllimlər, həm abituriyentlər, həm də
aşağı sinif şagirdləri üçün faydalı olacaqdır.