Riyaziyyat buraxılış 11-ci sinif
Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarına hazırlaşarkən səmərəliliyi artırmaq üçün orta məktəb dərslikləri ilə yanaşı, digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Ümidvarıq ki, bizim vəsait də bu sahədə Sizlər üçün faydalı olacaq, qazandığınız bilik, bacarıq və qabiliyyətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Vəsaitimizdə yeni təhsil proqramına uyğun mövzuları əhatə edən mövzu izahlarına, izahlı test tapşırıqlarına, hər mövzunun sonunda həmin mövzuya uyğun test tapşırıqlarına və yeni tipli tapşırıqlara yer verilmişdir.
İnanırıq ki, vəsait buraxılış imtahanına hazırlaşan şagirdlər üçün faydalı olacaqdır.
Müvəffəqiyyətlərinizin davamlı olması arzusu ilə!