Kimya TT

14.0 ₼

MİQDAR

 

14.0 ₼

Kimya tapşırıqlar toplusu Əziz abituriyentlər! Həyatınızın ən vacib dönüş nöqtələrindən biri də ali məktəblərə qəbul imtahanıdır. Bu imtahan nəticəsində qəbul olacağınız universitet və qazanacağınız ixtisas sonralar həyat tərzinizi müəyyənləşdirəcək. Belə bir vacib imtahana hazırlaşarkən istifadə olunan vəsaitlər düzgün secilməlidir. Sizə təqdim olunan Güvən nəşriyyatının Kimya Test Bankı ümumtəhsil məktəblərinin Kimya fənni üzrə tədris proqramları əsasında hazırlanmışdır. Test tapşırıqları ümumi, qeyri-üzvi və üzvi kimyanın bütün bölmələrini əhatə edir. Test tapşırıqları müxtəlif kateqoriyalarda (terminoloji, faktoloji, ümumiləşdirmə, izahat, hesablama, öncəgörmə, təklif olunan fəaliyyət), bəzilərinin tərtibində cədvəl, qrafik və sxemlərdən istifadə edilərək tərtib olunmuşdur. I və IV qruplar üçün nəzərdə tutulmuş Kimya Test Bankında 30 başlıq altında 2500 çoxvariantlı, 223 açıq tipli, 366 sxem, cədvəl və qrafik tipli test tapşırıqları və 4 yeni tipli tapşırıqlar (situasiya sualları), həmçinin 4-ü mövzular üzrə, 3-ü ümumi olmaqla 7 sınaq imtahanı toplanmışdır. Bütün abituriyentlərə uğurlar diləyirik!

Oxşar məhsullar