Fizika - Vəsait-2 -ci hissə

7.0 ₼

MİQDAR

 

7.0 ₼

Fizika dərs vəsaiti Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir. Son illərdə ali məktəblərə qəbul olmaq üçün abituriyentlərdən daha yüksək bilik və bacarıq tələb edilir. Fizika fənnindən qəbul imtahanına hazırlaşan abituriyentlər üçün bu məsələ daha çox əhəmiyyətlidir. Güvən nəşriyyatı tərəfindən Sizə təqdim olunan bu vəsait qəbul imtahanına hazırlaşanlar üçün universal vəsaitlərdən biridir. Onu da qeyd edək ki, fizika ən maraqlı təbiət elmlərindən biridir. Sistemli çalışan hər bir abituriyent mövzu izahını diqqətlə oxuyaraq onu mənimsəməli, mövzunu başa düşdükdən sonra çoxlu tapşırıq edərək mənimsədiyi bilikləri möhkəmləndirməlidir. Unutmayın ki, istədiyiniz ali məktəbə daxil olmaq sistemli dərs çalışmaq və çoxlu tapşırıq həll etməklə mümkündür. Sizlərə müvəffəqiyyətlər arzulayırıq.

Oxşar məhsullar