Coğrafiya - Vəsait

12.0 ₼

MİQDAR

 

12.0 ₼

Coğrafiya dərs vəsaiti Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövründə daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim vəsait də bu sahədə sizə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Vəsaitdə yeni təhsil proqramı əsasında hazırlanmış mövzular üzrə nəzəri məlumatlar elə hazırlanmışdır ki, abituriyentin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, zənginləşdirir və sistemləşdirir. Vəsaitin hazırlanmasında ümumtəhsil məktəblərinin 6, 7, 8, 9, 10 və 11-ci sinif coğrafiya dərsliklərindən və tədris atlaslarından, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından, BMT-nin ixtisaslaşmış sahəvi təşkilatlarının və digər beynəlxalq təşkilatların dövri olaraq yenilənən məlumat bazalarından, həmçinin internet resurslarından istifadə olunmuşdur. Vəsaitdə mövzuların sistemli və aydın şəkildə izah olunması abituriyent üçün vaxta qənaət etmək imkanı yaradır. Çoxsaylı rəngarəng cədvəl, qrafik, şəkil və xəritələr izahın obrazlılığını təmin etməklə, mövzuların mənimsənilməsini xeyli asanlaşdırır və yadda saxlanılmasına kömək edir. Vəsaitdə həmçinin coğrafiyanın bəzi mövzularına aid olan çalışmaların izahı verilmişdir. İnanırıq ki, qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş bu vəsait həm müəllimlər, həm abituriyentlər, həm də orta məktəb şagirdləri üçün faydalı olacaqdır. Dəyərli müəllimlər və abituriyentlər, bu nəşrə diqqətlə yanaşmağınızı və ümumi işimizə kömək naminə dərslikdəki materiallarla bağlı rəy, tənqidi qeydlər və təkliflər bildirməyinizi sizlərdən xahiş edirik.

Oxşar məhsullar