Azərbaycan dili buraxılış 9-cu sinif
Buraxılış imtahanına hazırlaşan 9-cu sinif şagirdlərini nəzərə alaraq, Azərbaycan dili fənnindən hazırladığımız bu kitabçanı sizlərə təqdim edirik. Artıq bir neçə ildir ki, 9-cu sinif şagirdlərinin
bilik və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır. Biz də bununla əlaqədar sizlərə kömək məqsədilə, buraxılış imtahanlarına hazırlaşanlara faydalı olmaq üçün bu kitabçanı hazırlamağı özümüzə borc bildik.
Hazırladığımız jurnal buraxılış imtahanının hər iki mərhələsinin sınaq nümunələrini özündə cəmləmişdir. I mərhələdə sizlərə 30 mətndən ibarət 15 sınaqlıq yenitipli tapşırıqlar, ikinci mərhələdə isə hər biri 30 sualdan ibarət yenə 10 sınaqlıq qapalı tipli test tapşırıqları cavabları ilə birlikdə təqdim olunmuşdur. Həmçinin vəsaitdə buraxılış imtahanında şagirdlərin bilik və bacarıqlarının yoxlanılmasında istifadə olunan Azərbaycan dili fənni üzrə alt standartlar da öz əksini tapmışdır. Vəsait orta məktəblərdə V – IX siniflərin tədris proqramına və fənn kurikulumuna uyğun tərtib olunmuşdur.
Ümid edirik ki, bu kitabça sizlər üçün çox yararlı olacaqdır. Buraxılış imtahanına hazırlaşan şagirdlər vəsaitdəki sınaqlardan istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaqlar. Son olaraq, bu yolda hər birinizə uğurlar arzulayırıq.