Azərbaycan dili - TT

12.0 ₼

MİQDAR

 

12.0 ₼

Azərbaycan dili tapşırıqlar toplusu Məktəb illərində qazanılan biliyin ali məktəblərə qəbul olmaq üçün hazırlıq dövrlərində daha da möhkəmləndirilməsi uğurlu nəticəyə nail olmağın ən əsas şərtlərindəndir. Hazırlıq dövründə, eləcə də DİM-in sınaq və qəbul imtahanlarının tərtibində orta məktəb dərslikləri əsas götürülsə də, bu yoldakı səmərəliliyi artırmaq üçün digər hazırlıq vəsaitlərinə də ehtiyac duyulur. Bizim hazırladığımız test bankı da bu sahədə Sizlərə qazandıqlarınız bilikləri daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Bankda qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqları, həmçinin yeni təhsil proqramına - kurikuluma əsaslanan qiymətləndirmə tapşırıqları da öz əksini tapmışdır. Təcrübəli pedaqoji kollektiv tərəfindən tərtib edilmiş bu bankın hazırlanmasında test materiallarından və mətnlərdən istifadə olunmuşdur. Buradakı test tapşırıqları və mətn əsasında hazırlanmış çalışmalar yeni tədris proqramını tam əhatə edir. Test bankı iki hissədən ibarətdir. 1-ci hissədə IX və XI siniflər üçün müəyyən olunmuş standartlar əsasında buraxılış imtahanına uyğun mətn nümunələri, dinləmə mətnləri və qəbul imtahanı üçün mətn tapşırıqları öz əksini tapmışdır. Bu da orta məktəbdə tədris olunmuş, ayrı-ayrı məzmun xətləri əsasında öyrənilmiş bilik və bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə imkan yaradacaqdır. Ənənəvi test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazmalıdır. Bir sözlə, o öyrəndiyi biliyi bacarığa çevirə bilmək gücündə olduğunu sübut edəcəkdir. 2-ci hissədə isə 25 başlıq altında toplanmış 2800-dən çox qapalı və açıq tipli test nümunələri mövcuddur. Test bankımız buraxılış imtahanlarına, eləcə də qəbul imtahanlarına hazırlaşan şagird və abituriyentlər üçün etibarlı mənbələrdən birirdir. İnanırıq ki, bu bank həm müəllimlər, həm abituriyentlər, həm də aşağı sinif şagirdləri üçün faydalı olacaqdır.

Oxşar məhsullar